Türkiyə 200 terrorçunu deportasiya edəcəkbackend

Türkiyə 200 terrorçunu deportasiya edəcək

Avropa ölkələri xüsusilə, “Barış bulağı” əməliyyatından sonra vətəndaşı olan İŞİD üzvlərini geri almamaq üçün ortaya bəhanələr qoyur. Lakin Türkiyə höküməti terrorçuları ölkələrinə qaytarmaq mövzusunda qərarlıdır.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, rəsmi Ankara 200 İŞİD terrorçusunu deportasiya edəcək. Milliyyətləri müəyyən edilən terrorçular öz ölkələrinə və ya istədikləri üçüncü ölkəyə təslim olunacaqlar.

Əcnəbi terrorçuların deportasiya olunma prosesinə noyabrın 11-də başlanılıb. İlk olaraq 23 əyalətdə olan 28 geri göndərmə mərkəzində saxlanılan 3 nəfər – Almaniya, Danimarka və ABŞ-a deportasiya edilib. Bunlardan Amerika vətəndaşı olan xarici turist öz istəyilə Yunanıstana göndərilib, ancaq bu ölkənin qəbul etməməsi səbəbindən tampon zonada qalıb. Sözügedən şəxs bir müddət burda qaldıqdan sonra qəbul olunacağı ümüdü ilə Amerikaya yola salınıb. ABŞ-dan sonra Almaniya, İngiltərə, Hollandiya və Belçika da daxil olmaqla bəzi ölkələrin vətəndaşları deportasiya edilib.

Türkiyə Daxili İşlər Nazirliyi bu yaxınlarda İrlandiya əsilli xarici terrorçunun ölkəsinə göndərildiyini açıqlayıb. Noyabrın 11-dən ümumilikdə İŞİD-dən olan 21 xarici terrorçu xaric edilib. Daxili İşlər, Ədliyyə və Xarici İşlər nazirliklərinin razılığı ilə terrorçuların ölkədən çıxarılması prosesi yaxın günlərdə də davam edəcək.

Qeyd edək ki, Türkiyədə geri göndərmə mərkəzlərində çoxu Avropa vətəndaşı olmaqla 950 xarici turistin saxlanılır.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*