Türkiyə F-35 təyyarələrini almasa, İsveç NATO-ya üzv olmayacaq – ŞƏRTbackend

Türkiyə F-35 təyyarələrini almasa, İsveç NATO-ya üzv olmayacaq - ŞƏRT

İsveçin Xarici işlər naziri Tobias Billström NATO ölkələrinin XİN başçılarının iclasında çıxışı zamanı bildirib ki, Türkiyənin F-35 qırıcı təyyarələri alması İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin əsas aspektidir. Billström Ankaraya F-35 qırıcılarının verilməsi qərarının İsveçin NATO-ya müraciətinin ratifikasiya prosesinə təsir edəcəyini vurğulayıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ sentyabrda bu məsələylə bağlı danışmasına aydınlıq gətirib.

Nazir qeyd edib ki, söz-söhbətlərə baxmayaraq, İsveç artıq alyansa qoşulmaq üçün bütün tələbləri yerinə yetirib. Billström sənədin tezliklə ratifikasiyasına ümid etdiyini bildirib və bunun NATO-nun Vilnüsdə keçirilən əvvəlki sammitində müzakirə edildiyini vurğulayıb.

O, türkiyəli həmkarı ilə Brüsseldə gözlənilən görüş barədə də məlumat verib. İsveçin NATO-ya daxil olması ilə bağlı protokollar təkcə Macarıstan və Türkiyədə ratifikasiya edilməyib. Bunun üçün Türkiyə İsveçdən antiterror qanununa əməl etməyi tələb edir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*