Türkiyə ilk beşliyə DAXİL OLDUbackend

Türkiyə ilk beşliyə DAXİL OLDU

Türkiyə Maldiv adaları, Kuba və Şri-Lankaya uduzaraq, tur paketinin orta qiyməti baxımından ən bahalı kütləvi turizm istiqamətləri beşliyinə daxil olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) sədri Maya Lomidze bildirib.

O qeyd edib ki, Rusiya ən ucuz turizm istiqaməti olub. Belə ki, Rusiyada turlar üçün avqustda orta qiymət cəmi 79,8 min rubl təşkil edib.

ATOR-un məlumatına görə, bu ay Tailanda turlar üçün orta qiymət 175,8 min rubl, Türkiyəyə – 183 min rubl, Şri-Lankaya – 213 min rubl, Kubaya – 238,8 min rubl, Maldiv adalarına – 392 min rubl təşkil edib. BƏƏ və Misirə isə avqust turlarının orta qiymətləri 150 min rubldan bir qədər çoxdur.

O bildirib ki, qiymətlərin yüksək olması səbəbindən Türkiyənin dənizkənarı kurortlarına turist axınının dinamikası gözləniləndən xeyli aşağı olub. Buna baxmayaraq, Türkiyə Rusiyadan olan turislər üçün bir nömrəli ölkədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*