“Türkiyə Suriyada hərbi əməliyyata Qurban bayramından dərhal sonra başlayacaq” – “Hürriyet”backend

"Türkiyə Suriyada hərbi əməliyyata Qurban bayramından dərhal sonra başlayacaq" - “Hürriyet

“Türkiyə Suriyada hərbi əməliyyata Qurban bayramından dərhal sonra başlayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi danışıb. O hesab edir ki, Türkiyənin Suriyanın şimalında gözlənilən əməliyyatı Qurban bayramından sonra (9 iyul – təqribən) başlayacaq.

Qeyd edək ki, Abdulkadir Selvi Ərdoğana yaxın jurnalistlərdən biridir və o, həm də birbaşa prezident administrasiyasından mühüm məlumatları alır.

Jurnalist Suriyanın şimalında Pençe-Kilit əməliyyatının uğurla başa çatmasının vacibliyini də vurğulayır.

Onun sözlərinə görə, Tel-Rifat və Mənbic əməliyyatları üçün planlaşdırılan ordu quruculuğu hələ tam başa çatmayıb. Gələn həftədən etibarən hərbi kontingentin sayında artım gözlənilir.

Təl-Rifat və Mənbicdə əməliyyatlar eyni vaxtda başlayacaq. Amma əvvəlcə “Pençe-Kilit” əməliyyatının tamamlanmasını gözləmək lazımdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*