ŞAD XƏBƏR! – Vaksinin ilk sınağı uğurla başa çatdıbackend

ŞAD XƏBƏR! - Vaksinin ilk sınağı uğurla başa çatdı

Türkiyədə heyvanlar üzərində koronavirus peyvəndləri uğurla sınaqdan keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “RBK-Ukrayna” nəşri Hacettepe Universitetinin tibb fakültəsinin professoru Atəş Karanın “Twitter”də verdiyi açıqlamaya istinadən yayıb.

Professorun sözlərinə görə, peyvənd kiçik bir iynə vasitəsilə heyvanlara tətbiq edilib.

Prosesdən sonra peyvənd antitel istehsalı şəklində immun cavab verib.

“İndi onun insanları qoruya biləcəyini yoxlamağın vaxtıdır” deyib.

Xatırladaq ki, Avstraliyadakı elm adamları COVID-19 üçün iki potensial peyvəndi sınaqdan keçirir.

Ümumilikdə hazırda dünyada “Sars-CoV-2”a görə ən azı 20 peyvənd hazırlanır. İnsan üzərində ilk sınaq ötən ay ABŞ-da  keçirilmişdi. O peyvənd hələlik heyvan üzərində sınaqdan keçirilməyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*