Türkiyə və Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak alıb.
KONKRET.az xəbər verir ki, bunu İrəvan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan deyib. O, son illər azərbaycanlıların və türklərin Ermənistanda ev alması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, rəqəmsal məlumatlar bizim tərəfimizdən dəfələrlə xəbər mediasına verilib, hazırda türklər və azərbaycanlılar haqqında deyilənlərlə bağlı rəqəmləri əzbər xatırlamıram.
“Türkiyə və Azərbaycan vətəndaşları müəyyən mülklər əldə ediblər. Lakin mən bu şəxslərin milliyyətcə kim olduğunu deyə bilmərəm. Bazara maraq artıb. Bizdə bir çox əməliyyatlarda artım var”, – deyə Tovmasyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
