Türkiyə və İraq razılığa gəldi: Birgə komitə YARADILDIbackend

Türkiyə və İraq razılığa gəldi: Birgə komitə YARADILDI

İraqın xarici işlər naziri Fuad Hüseyn və türkiyəli həmkarı Hakan Fidan İraqda su qıtlığı fonunda su ehtiyatları komitəsinin yaradılması barədə razılığa gəliblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq XİN başçısı Bağdada keçirdiyi mətbuat konfransında bildirib.

“İqlim dəyişikliyi və quraqlıq İraq cəmiyyətini, kənd təsərrüfatını təhdid edir. Biz bu komitə vasitəsilə davamlı olaraq birlikdə işləməliyik”, – deyə o bildirib.

İraqlı nazir komitənin tərkibi barədə ətraflı məlumat verməyib.

İraqın Su Ehtiyatları Nazirliyi bildirib ki, ölkədə su problemi digər amillərlə yanaşı, çayların yuxarı axınında yerləşən Türkiyədə yağışın yağmaması, istilik və həddindən artıq su istehlakı səbəbindən başlayıb.

İyulda İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Səhhaf qeyd edib ki, ölkə danışıqlar yolu ilə Türkiyə və İrandan çaylardakı su payı hüququnun reallaşdırılmasına nail olmaq istəyir.

Məlumata görə, su qıtlığı səbəbindən İraq hökuməti bu il çəltik və qarğıdalı əkinini dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*