Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanıldıbackend

Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanıldı

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə növbəti genişmiqyaslı əməliyyat nəticəsində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları 355 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı kanallarının təşkilində iştirak edən 25 şəxsi saxlayıb.

KONKRET.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, yoxlamalar ölkənin 81 vilayətinin hər birində aparılıb.

Nazirliyin məlumatına görə, əməliyyatda 26 236 polis və jandarma əməkdaşı iştirak edib.

Qanunsuz miqrantlar tərəfindən istifadə edilə bilən 14 142 obyekt, o cümlədən 3 795 tərk edilmiş tikili yoxlanılıb. Sənədlərin yoxlanması 7447 ictimai yerdə və 449 terminalda aparılıb.

Türkiyədən qeyri-qanuni miqrantların çıxarılması proseduruna başlanılıb.\\milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*