Türkiyənin Azərbaycanla sərhədində yerləşən İqdır vilayətində Murad A. adlı bir şəxs karantinə aparılarkən xəstəxanadan qaçıb.
KONKRET.az xəbər verir ki, gün ərzində Türkiyə jandarma qüvvələri tərəfindən axtarılan Murad A. tapılaraq karantinə yerləşdirilib.
Onun bir qədər əvvəl xarici ölkələrdən birindən gəldiyi, koronavirus daşıyıcısı olduğu ehtimal edilir.