Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılırbackend

Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda şəhər mərkəzinə yaxın Karagedik məhəlləsində meşə yanğını baş verib.

KONKRET.az xəbər verir ki, yanğın yerli vaxtla saat 19:30 radələrində başlayıb. Güclü külək alovların geniş əraziyə yayılmasına səbəb olub.

Yanğının qarşısının alınması üçün əraziyə çoxsaylı yanğınsöndürən və meşə təsərrüfatı əməkdaşları cəlb edilib. Söndürmə işləri həm havadan, həm də qurudan aparılır.

Alovun yaşayış ərazilərinə yaxınlaşması səbəbindən bəzi evlərin, həmçinin qocalar evinin təxliyəsinə qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*