Türkiyədə ərzaq 68 faiz bahalaşıb – Rəsmibackend

Türkiyədə ərzaq 68 faiz bahalaşıb – Rəsmi

Bu ilin mart ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,51% bahalaşıb.

KONKRET.az Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, ən yüksək bahalaşma restoran və otellərdə qeydə alınıb – 70,7%.
Bundan başqa ötən ilin mart ayı ilə müqayisdə bu ilin mart ayında qida və içkilər 67,9%, səhiyyə xərcləri 64,7%, mənzillər 56,1%, ev əşyaları 53,3% bahalaşıb.

Ən az artım, geyim və ayaqqabı qiymətlərində qeydı alınıb. Geyim və ayaqqabı qiymətləri son bir ildə 17,3% artıb.

Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*