Türkiyədə gündəm dəyişir: Sabiq CHP lideri yeni partiya yaratdıbackend

Türkiyədə gündəm dəyişir: Sabiq CHP lideri yeni partiya yaratdı

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Özgür Özəl yeni siyasi partiya yaradacağını elan edib.

KONKRET.az xəbər verir ki, Özəl bildirib ki, partiyanın rəsmi təsisindən əvvəl CHP-nin əyalət təşkilatlarının seçilmiş rəhbərləri, Partiya Məclisinin və Mərkəzi İcraiyyə Komitəsinin üzvləri ilə məsləhətləşmələr aparacaq.

Özgür Özəl hələlik yeni partiyanın adını, loqosunu və rəsmi qeydiyyat tarixini açıqlamayıb.

Türkiyə KİV-lərinin məlumatına görə, Özəlin açıqlamasından sonra ilk bir saat ərzində 387 min nəfər CHP üzvlüyündən çıxmaq üçün müraciət edib.

Bildirilir ki, Çanaqqala şəhərinin meri Müharrem Erek bələdiyyə başçıları arasında yeni siyasi quruma qoşulan ilk şəxs olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*