Türkiyədə həbsxananın nəqliyyat vasitəsi dərəyə aşdıbackend

Türkiyədə həbsxananın nəqliyyat vasitəsi dərəyə aşdı

Türkiyənin Kayseri-Malatya yolunda həbsxanaya gedən nəqliyyat vasitəsi dərəyə aşıb.

KONKRET.az xəbər verir ki, həbsxanaya məxsus nəqliyyat vasitəsinin aşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 13 nəfər yaralanıb  .

Qəza, günorta saatlarında Kayseri-Malatya yolunun 106-cı kilometrliyində, Yukarıkızılçevlik Məhəlləsi yaxınlığında baş verib. Hakan K. idarəsindəki 23 HK 538 nömrəli həbsxana nəqliyyat vasitəsi sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində dərəyə aşıb. Qəzada avtomobildə olan məhbus Abdullah Kaynar dünyasını dəyişib, 7-si hərbçi olmaqla 13 nəfər yaralanıb. Ətrafdakıların xəbəri ilə hadisə yerinə jandarma və sağlamlıq qrupları cəlb edilib. Hadisə yerinə gələn sağlamlıq qrupları yaralıları müxtəlif xəstəxanalara çatdırıb.

Jandarma qəza ilə əlaqədar istintaq başladıb.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*