Türkiyə-Suriya sərhəd xəttində yerləşən Aktəpə (Şırnak) sərhəd zastavasında patrul xidməti aparan hərbi avtomobil aşıb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, avtomobildə olan 8 əsgər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Silopi Dövlət Xəstəxanasına aparılıb.
Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
İqbal Rzayev,
KONKRET.az
