Türkiyədə 10 yeniyetmə qız və üç işçinin olduğu avtomobilin axtarışı aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bolu vilayətinin Yedigöller rayonunda 14-17 yaş arası qız uşaqları və 3 bələdçinin iştirakı ilə birgünlük təbiət gəzintisi təşkil edilib. Səyahətdən qayıdan zaman avtomobillə əlaqə kəsilib.
Avtomobildən son GPS siqnalı Yedigöller Kapankaya ərazisindən alınıb.
Müvafiq qurumlar dronlarla axtarışları davam etdirir. Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Boluya yola düşüb.
