Türkiyənin Adana şəhərində təhlükəsizlik qüvvələri terror təşkilatı İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Rayon Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər əvvəllər Suriya və İraqda İŞİD-in tərkibində döyüşüb, daha sonra Adanaya qayıdıb.
İqbal Rzayev,
KONKRET.az
