Türkiyədə koronavirusdan daha 18 nəfər öldübackend

Türkiyədə koronavirusdan daha 18 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 18 nəfər ölüb.

KONKRET.az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 42 032 şübhəli koronavirus testindən keçib, onlardan 1592-nin cavabı pozitiv çıxıb. Bu gün daha 947 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4825 nəfər ölüb, 179 831 nəfər bu infeksiyaya yoluxub, 152 364 nəfəri isə müalicə olunub. Nazir infeksiyaya yoluxanların sağalan xəstə sayını keçməsindən narahatlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*