Türkiyədə metro və yollar bağlandı – Nə baş verir?backend

Türkiyədə metro və yollar bağlandı - Nə baş verir?

İstanbulda 4 gün ərzində nümayiş və mətbuat açıqlamaları qadağan edilib

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, İstanbul Valiliyi şəhər boyu ictimai asayişin qorunması və təxribatların qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında hər cür yığıncaq, nümayiş və mətbuat açıqlamalarının qadağan edildiyini açıqlayıb.

Qubernatorluqdan verilən açıqlamaya görə, bu qərar 5442 saylı İl İdarəsi Qanununun 11/C maddəsi və 2559 saylı Polis Vəzifəsi və Səlahiyyət Qanununun 15/H maddəsinə əsaslanaraq qəbul edilib. Həmçinin, bu müddət ərzində qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Bundan əlavə, İstanbulun bir neçə metro xətti və yolları bağlı olacaq. Məsələn, M1A və M1B metro xətləri ilə yanaşı, M2 xətti də Taksim Stansiyasında xidmətə bağlanacaq. Bir sıra küçə və prospektlər isə nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq, və alternativ yollar müəyyən ediləcək.

Qadağa və tədbirlər, şəhərdə ictimai asayişin təmin edilməsi və hər hansı narahatlıqların qarşısının alınması məqsədilə tətbiq olunub.

  • Shamil
    Mart 20, 2025 - 17:03

    25 ildir oturmusan hakimiyyətdə,bəs eləmir,çıx getdə. Bilirsənki İmamoglu gələn seçkilərdə qalib gələcək,ona görə həbs elətdirirsən,bilirki hakimiyyətdən getsə aqibəti pis olacaq.

  • Vazeh
    Mart 21, 2025 - 03:08

    Bu Ərdoğan əsl hakimiyyət hərisidir. Sübut olunub ki, bir şəxs 10 ildən artıq hakimiyyətdə qalanda xalqdan uzaqlaşır və diktatora çevrilir. Türkiyənin istintaq və məhkəmə orqanlarını mənimsıyib, siyasi cəza alətinə çevirib. Necə ola bilir ki, İmamoğlu prezidentliyə iddiasını ortaya qoyan kimi bir yandan İstambul universiteti onun diplomunu ləğv edir, digər yandan ağır ittihamlarla həbs edilir. Yetər Ərdoğan (yox bir…), çıx get.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*