Türkiyənin Şanlıurfa şəhərində binada partlayış baş verib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayışda 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.
Ehtiyat tədbiri olaraq binanın nəzarətli şəkildə boşaldıldığı bildirilib.
Şanlıurfa valisi Salih Ayhanın sözlərinə görə, binada daha bir nəfərin olduğu ehtimal edilir.
İqbal Rzayev,
KONKRET.az
