Türkiyədə Şirin Mirzəyev adına park açıldıbackend

Türkiyədə Şirin Mirzəyev adına park açıldı

Azərbaycan günləri çərçivəsində Türkiyənin Bursa şəhərinin Karacabey rayonunda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına parkın açılışı olub.

KONKRET.az xəbər verir ki, açılış mərasimində Milli Qəhrəmanın ailə üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin, Bursa və Karacabey bələdiyyələrinin nümayəndələri, buradakı ictimai birliklərin üzvləri və digərləri iştirak ediblər.

Şirin Mirzəyevin xanımı Flora Qasımova və Hüseyn Vəliyev Milli Qəhrəmanın adının Türkiyədə əbədiləşdirilməsinə görə Karacabəy bələdiyyəsinə xüsusi minnətdarlıqlarını bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*