Türkiyədə dizel yanacağının qiymətində kəskin artım qeydə alınıb.
KONKRET.az xəbər verir ki, son bahalaşmadan sonra bəzi böyük şəhərlərdə bir litr dizelin qiymətinin 100 lirə həddinə yaxınlaşdığı qeydə alınıb.
Dizelin bir litrinin qiymətinə 6,5 lirə artım edilib və yeni tariflər yanacaqdoldurma məntəqələrində qüvvəyə minib.
Bahalaşmadan sonra İstanbulun Avropa hissəsində dizelin bir litri 95,60 lirəyə (3,341 manat), Anadolu hissəsində isə 95,46 lirəyə (3,336 manat) yüksəlib.
Ankarada bir litr dizelin qiyməti 96,75 lirəyə (3,382 manat), İzmirdə isə 97,02 lirəyə (3,391 manat) çatıb.
Beləliklə, İzmirdə dizelin qiymətinin 100 lirə həddinə çatmasına cəmi 2,98 lirə qalıb.
