Sumqayıtda dəhşət: İki uşaq atası faciəli şəkildə öldü – VİDEObackend

Sumqayıtda dəhşət: İki uşaq atası faciəli şəkildə öldü - VİDEO

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib.

KONKRET.az xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qonşular deyirlər ki, Ruslan Məmmədxanov iki azyaşlı uşaq atası olub. Şahidlərin bildirdiklərinə görə, qatarın maşinisti hadisədən əvvəl səs siqnalından istifadə edib. Lakin bu, faciənin qarşısını almağa kifayət etməyib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*