Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində helikopterdə olan iki nəfər xəsarət alıb. Qəza zamanı ölən olmayıb. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar.
Qəzanın baş verdiyi əraziyə çoxsaylı xilasedici qüvvələr, yanğınsöndürən briqadalar, təcili tibbi yardım əməkdaşları və polis cəlb olunub. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Müşviq Tofiqoğlu
KONKRET.az
