Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
***
08:20
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfər çatıb.
KONKRET.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
“Ölənlərin sayı dörd nəfərə çatıb. Dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir”, – telekanal bildirib.
Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Hatay vilayətində baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insanın xəsarət aldığını, 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
***
00:14
Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb.
22:42
Türkiyənin Hatay bölgəsində 6,4 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
22:36
Türkiyədə axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalanlar var.
KONKRET.az xəbər verir ki, bu barədə “CNN Türk”ün müxbiri Fulya Öztürk ölkənin daxili işlər naizi Süleyman Soyluya istinadən məlumat yayıb.
İlkin məlumata görə, Hatayın Defne rayonunda 4 nəfər dağıntılar altında qalıb, onlardan biri xilas edilib. Digərlərinin xilas edilməsi üçün işlər davam etdirilir.
Samandağda isə bir qadının başına dağıntı düşüb və o, hadisə yerində ölüb.
