Türkiyədə zəlzələdən sağ çıxan körpə 54 gün sonra anasına QOVUŞDU – FOTObackend

Türkiyədə zəlzələdən sağ çıxan körpə 54 gün sonra anasına QOVUŞDU - FOTO

Türkiyədə zəlzələdən sağ çıxan körpə 54 gün sonra anasına qovuşub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, şənbə günü Türkiyədə zəlzələdən sonra xilas edilən balaca qız 54 gün sonra anasına qovuşub.

Həkimlər tərəfindən türkcə “Gizem” adlandırılan üç aylıq Vetin Begdaş fevralın 6-da baş verən zəlzələdən 128 saat sonra Hatay vilayətində dağıntılar altından xilas edilib. Onun ölən anasının qucağından çıxarıldığı deyilirdi.

İki aydan sonra məlum olub ki, körpənin anası sağdır. DNT testi körpə ilə ana arasındakı əlaqəni təsdiqləyib.

Körpə Ailə və Sosial Xidmətlər naziri Derya Yanık körpəni hazırda müalicə aldığı Adana vilayətində anası Yasemin Beqdaşa təhvil verib.

“Uşaq əsl möcüzədir. Onun sağ qalması və səhhətində heç bir problemin olmaması bizi çox təsirləndirib. Gizem indi bizim də övladımızdır”,- deyən Derya Yanık nazirliyin hər an dəstək göstərəcəyini bildirib.

Qeyd edək ki, 50 mindən çox insanın həyatına son qoyan zəlzələdə körpənin atası və iki qardaşı həlak olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*