Türkiyədə bu axşamkı zəlzələ səbəbindən dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı araşdırmalar yekunlaşıb və müvafiq xəbərdarlıq aradan qaldırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat verilib.
Bildirlib ki, Kandilli rəsədxanasında aparılan hesablamalar nəticəsində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq ləğv edilib.
22:22
Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat verib.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.
