Türkiyə jandarma qüvvələri Hakkari vilayətində PKK-ya qarşı əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, əməliyyat zamanı 2 terrorçu məhv edilib, xeyli silah-sursat ələ keçirilib.
Qeyd edək ki, erməni silahlılarının də çoxluq təşkil etdiyi PKK-çıların mövqeyində 10 min çətənə kolu aşkarlanıb. Terrorçuların narkotik maddədən maddi qazanc əldə etdiyi və bununla da PKK-nın maliyyəsini formalaşdırdıqları bildirilib.
Xatırladaq ki, bu üsul Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş ərazilərində də təbtiq edilir. Artıq bir çox beynəlxalq qurumlar dəfələrlə bildirib ki, nəzarətsiz ərazilərdə narkotik ticarət üçün əlverişli şəraiti yaradılıb ki, bu da bütün dünyaya ciddi təhdid və təhlükə yaradıb.
