Türkiyəli general COVİD-19-dan öldübackend

Türkiyəli general COVİD-19-dan öldü

Türkiyə Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman koronavirusdan ölüb.

KONKRET.az “CNN Türk”ə istinadən xəbər verir ki, onun həyat yoldaşı da koronavirusa yoluxduğuna görə müayinə altındadır.

General 80 yaşında İstanbulda ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 381-ə çatıb. 9 276 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*