Türkiyənin dünyada yerini dəyişəcək İDDİALI PLANLARI: Ankara nə ABŞ-a, nə də Qərbə üz tutmayacaq” – Avatkovbackend

Türkiyənin dünyada yerini dəyişəcək İDDİALI PLANLARI: Ankara nə ABŞ-a, nə də Qərbə üz tutmayacaq” - Avatkov

“Türkiyə yaranmaqda olan yeni dünya düzənindəki yerini yenidən düşünmək mərhələsindədir. Və hazırda dünya lideri olmağa ümid edir. Ən maraqlısı isə odur ki, bununla bağlı ABŞ və ya Avropanın təsdiqinə qətiyyən ehtiyac yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə türkoloq, siyasi elmlər doktoru Vladimir Avatkov deyib. Onun sözlərinə görə, Türkiyədə müstəqillik meylləri artdıqca, orada Qərbə qarşı mənfi münasibət güclənir: “Bu proses getdikcə daha aydın görünür. Türkiyə İstanbuldakı terror aktından sonra ABŞ-ın başsağlığını qəbul etmədi. NATO-ya üzv ölkələrin toplantısını isə çox da vacib saymadığından bu tədbiri buraxdı”, – politoloq xatırladıb.

Avatkovun fikrincə, Türkiyə ABŞ-ın nəzarəti altında olan bir dövlətə çevrilmək istəmir: “Amma Vaşinqtonun Türkiyə ilə bağlı belə planları var idi. Ankaranın artan müstəqilliyi isə bu planları pozur. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz mövqeyini birbaşa ifadə etməkdən çəkinmir. Son vaxtlar Ankara NATO-nun Qərb hərbi blokuna üzvlüyünün məqsədəuyğunluğu ilə maraqlanmağa başlayıb. Çünki Alyans suveren Türkiyəyə kollektiv sanksiyaları saxlamaq zərurəti istisna olmaqla, heç nə vermir. Amma Türkiyə hərbi bloka çox şey verir. Məsələn, onun cənub-şərq cinahlarının təhlükəsizliyini, həmçinin Qərbin miqrasiya problemlərini həll etmək Türkiyənin öhdəliyidir. Yəni Türkiyə özünü məsul bir güc kimi aparsa da, əvəzində heç nə almır”.

Аватков: Турция продвигает идеологию экономического хаба // Смотрим

Politoloq bildirib ki, Finlandiya Türkiyəni NATO-nun açıq qapı siyasətini şübhə altına almaqda ittiham edib: “Ancaq məsələ heç də alyansın siyasətində deyil. Türkiyə İsveç və Finlandiyanın NATO-da nəyə ehtiyacı olduğunu soruşur və bunu əsas sual kimi qoyur. Çünki  terrorla mübarizədə ölkənin milli təhlükəsizliyini təhdid edən İsveç və Finlandiyaya qarşı addımların atılması zəruridir.  Bu vəziyyət ona gətirib çıxarıb ki, indi rəsmi Ankara yeni dünya düzənindəki yerini yenidən nəzərdən keçirir. Türkiyə beynəlxalq siyasi proseslərin mərkəzində yer almaq, mərkəz dövlətə çevrilmək niyyətindədir. Ölkənin zəngin təbii ehtiyatlara malik olmamasına baxmayaraq, Türkiyə regional və dünya liderlərindən birinə çevrilməyi planlaşdırır. Bu iddialı planların həyata keçirilməsi üçün rəsmi Ankara nə amerikalıların, nə də avropalıların dəstəyinə ümid bəsləmək niyyətində deyil” – Vladimir Avatkov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*