Bu gün hava şəraiti ilə əlaqədar Türkiyənin ilk müşahidə peyki “İMECE”nin orbitə buraxılması təxirə salınıb.
KONKRET.az xəbər verir ki, bu barədə TRT telekanalı Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından məlumat verib.
Qeyd olunub ki, buraxılış starta 28 saniyə qalmış güclü külək səbəbindən ləğv edilib.
Xatırladaq ki, əvvəlcə peykin aprelin 11-də orbitə buraxılması nəzərdə tutulsa da, sonra hava şəraiti ilə əlaqədar proses təxirə salınıb.
Yeni buraxılışın tarixi və vaxtı dəqiqləşdirilməyib.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, peykin müxtəlif sahələrdə istifadəsi planlaşdırılır.

“Bu peyklə 680 kilometrdən yer üzündəki cisimləri ən xırda detallarına qədər görə bilərik. Ölkəmizin yüksək keyfiyyətli görüntü ehtiyacını bu peyklə qarşılaya biləcəyik”, – o deyib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar da öz növbəsində qeyd edib ki, peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsi planlaşdırılır.

“Türkiyə ordusu NATO-da kosmos imkanlarına malik bir neçə ordudan biridir. Yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərindən istifadə etməklə kəşfiyyat tapşırıqlarını həll etmək qabiliyyətini artıracağıq”, – deyə nazir bildirib.
Türkiye’nin ilk yerli ve milli yüksek çözünürlüklü görüntüleme uydusu İMECE’nin uzaya fırlatılması, yüksek irtifadaki hava koşulları nedeniyle fırlatmaya 28 saniye kala ertelendi.https://t.co/SFkfCfH7Zg pic.twitter.com/YrEHTOVKc8
— TRT Haber Canlı (@trthabercanli) April 14, 2023
İqbal Rzayev,
KONKRET.az
