Türkiyənin məşhur futbol klubunun adı dəyişdirildi – FOTObackend

Türkiyənin məşhur futbol klubunun adı dəyişdirildi - FOTO

Türkiyənin “Osmanlıspor” klubunun adı dəyişdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub artıq yeni adını və loqosunu TFF-yə təqdim edib.

Bu üzdən də sözügedən komanda yeni mövsümdən TFF 1-ci Liqada məhz “Ankaraspor” adı ilə mübarizə aparacaq.

Qeyd edək ki, Ankara təmsilçisi əvvəllər məhz “Ankaraspor” adı ilə mübarizə aparsa da, 2014-cü ildə adını və loqosunu dəyişərək “Osmanlıspor” adlandırılmışdı.

Klub 1978-ci ildən fəaliyyətdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*