Türkiyənin Muğla şəhərində 95 hotel qanun pozuntularına görə bağlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, 503 mehmanxana və yerləşdirmə obyektinə baxış keçirilib, onlardan 95-i qanun pozuntularına görə bağlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər möhürlənib, 392-si fəaliyyətini davam etdirib.
Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılır.
Xatırladaq ki, yanvarın 21-də “Grand Kartal” hotelində baş verən yanğında 78 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub.
KONKRET.az