Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan, eləcə də təşkilatda rəsmi vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilib.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ermənistanın artıq bir neçə ildir öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar təşkilatın nizamnaməsini rəhbər tutaraq, səsvermə hüququndan, həmçinin KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu barədə qərar qəbul edilib”, – Kreml nümayəndəsi bildirib.
Peskovun sözlərinə görə, müvafiq qərar təşkilatın sammitinin iştirakçıları tərəfindən qəbul edilib.
