Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endiribbackend

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

Ukrayna pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın Omsk şəhərindəki ən böyük neft emalı zavodlarından (NEZ) birinə hücum edib.

Bu barədə KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir.

Omsk vilayətinə hücumla bağlı məlumatı qubernator Vitali Xotsenko təsdiqləyib.

“Ukrayna Silahlı Qüvvələri noyabrın 11-də günün ikinci yarısında Omsk vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib”, – o, təfərrüatları açıqlamadan bildirib.

Qubernatorun mətbuat katibi Mina Axverdiyevanın sözlərinə görə, Omsk şəhər aeroportunda təyyarələrin qəbulu və yola salınması dayandırılıb, həmçinin şəhərdə sirenalar işə salınıb, mobil rabitə və mobil internet məhdudlaşdırılıb.

Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, Ukrayna ordusunun zərbəsinin hədəfi Rusiyanın ən böyük neft emalı müəssisəsi olan Omsk NEZ olub. İllik gücü 22 milyon ton olan müəssisə “Qazprom neft”ə məxsusdur və Ukrayna sərhədindən 2,5 min km aralıda yerləşir.

Qeyd olunub ki, NEZ-də partlayışlar iki saatdan çox davam edib, zavodda irimiqyaslı yanğın başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*