Hətta dünyanın nüfuzlu dövlətləri belə Türkiyəyə paxıllığını gizlədə bilmir.
KONKRET.az xəbər verir ki, Almaniyanın Handelsblatt qəzeti müdafiə sənayesində Türkiyədən geridə qaldıqlarını yazıb.
Qəzetdən sitatlar:
“Son 20 ildə Türkiyənin müdafiə sənayesi şirkətlərinin sayı 56-dan 1500-ə yüksəlib”.
“100 ən böyük müdafiə sənayesi müəssisəsi arasında Türkiyədən 7 şirkət olduğu halda, Almaniyadan cəmi 3 şirkət var”.
Daha bir alim isə Selçuk Bayraktara dərs dediyinə görə “utandığını” bildirib.
Maks Teqmark – astrofizik və Selçuk Bayraktarın təhsil aldığı Massaçusets Texnologiya İnstitutunun (MIT) professorudur.
“Utanıram ki, ona (Selçuk Bayraktar) burada MİT-də dərs demişik”, – deyə adına nüfuzuna yaraşmayan fikir söyləyib.
Belə bir açıqlamanın səbəbi paxıllıqdır, çünki öz ölkəsinə xidmət edən Səlcuku onlar assimilyasiya edə bilmədilər.
Xuraman Etibarlı,
KONKRET.az

Allah qorusun, Selçuk Bayraktarı! Vətəni belə sevərlər…