Türkmənistan mağarasında elmə məlum olmayan canlılar tapıldıbackend

Türkmənistan mağarasında elmə məlum olmayan canlılar tapıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistanın şərqindəki mağaralardan birində elmə məlum olmayan varlıqlar aşkar olunub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, elmə növü və cinsi məlum olmayan qeyri-adi heyvanlar tapılıb.

Köytəndağ dağının ətəyində yerləşən Kaftarxana mağarasında belə varlıqlar hələ bu günə qədər qeydə alınmamışdı. Həmin mağarada dərin dərələr, kanyonlar, müxtəlif şəkilli oyuqlarolduqca cəlbedici görünür. Yerli sakinlər bu mağaraya Gülşirin Mağarası da deyir. Öz qeyri-adi gözəlliyi ilə seçilən mağara salonları ağ rəngli gips incirlərlə bəzədilib.

Kaftarxana yeni artropod növü də daxil olmaqla çox sayda “mağara” heyvanının evinə çevrilib. Uzunluğu cəmi bir neçə millimetr olan bu gözsüz varlığa “qeyri-adi, inanılmaz” mənasını verən Turkmenocampa mirabilis adı verilib. Bu canlılar İspaniya və Bolqarıstandan olan tədqiqatçılar tərəfindən aşkar edilib və artıq elmi ədəbiyyatlarda təsvir edilməkdədir.

Alimlər mağarada 8 saat vaxt sərf ediblər və yem kimi ətirli pendirlə tələlər qurublar. Müşahidələr uzun müddət uğursuz olsa da, bir neçə canlı tələyə düşüb.

Məxluqlardan biri Kampodeidlərdən (iki quyruqlu ailə) yeni bir növdür. Digər mağara sakini artropod cinsini təmsil edir. Bu, sadəcə diqqətçəkici bir orqanizm deyil, həm də Orta Asiyada yeraltı həyata uyğunlaşmaq üçün uzun bir təkamül yolu keçən inanılmaz “mağara” məxluqlarıdır.

Elm adamları bölgədəki digər mağaraları tədqiq edəcəklər. Bu canlıların mağaralarda hansı şərtlər daxilində necə yaşadığının müəyyən ediləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*