Türkmənistan Mərkəzi Asiyada qadınlar üçün ən təhlükəsiz ölkə kimi tanındıbackend

Türkmənistan Mərkəzi Asiyada qadınlar üçün ən təhlükəsiz ölkə kimi tanındı

Türkmənistan 2023-cü il üçün Qadın Sülh və Təhlükəsizlik İndeksi (WPS İndeksi) hesabatında 177 yer arasında 58-ci yerdə qərarlaşıb.

KONKRET.az xəbər verir ki, bu, Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticədir. Regionda ikinci yerdə 70-ci yerdə Qazaxıstan, 90-cı yerdə Tacikistan, 94-cü yerdə Özbəkistan, 95-ci yerdə Qırğızıstan qərarlaşıb.

Dünya üzrə ən yaxşı göstəricilər Danimarka, İsveçrə və İsveçdə (müvafiq olaraq birinci, ikinci və üçüncü yerlər), ən pis göstəricilər Əfqanıstanda (177-ci yer), Yəməndə (176) və Mərkəzi Afrika Respublikasında (175) qərarlaşıb.

Rusiya 56-cı, ABŞ 37-ci, Çin 82-ci, Türkiyə 99-cu, Cənubi Koreya 30-cu (Şimali Koreya reytinqdə yoxdur), İran 140-cı yerdə qərarlaşıb.

WPS İndeksini hazırlayarkən onun müəllifləri üç kateqoriyaya bölünmüş 13 göstərici üzrə ölkələrdəki vəziyyəti nəzərə alıblar:

  • inklüzivlik (təhsil, maliyyə xidmətlərinə çıxış, məşğulluq, mobil telefonlardan istifadə, parlamentdə qadınların payı);
  • ədalət (hüquqi ayrı-seçkiliyin olmaması, ədalət mühakiməsinə çıxış, ana ölümü, qərəzlilik);
  • təhlükəsizlik (intim partnyor zorakılığının səviyyəsi, qadınların cəmiyyətdə öz təhlükəsizliyini dərk etməsi, qadınlara qarşı siyasi zorakılıq, silahlı münaqişəyə yaxınlıq).

Hesabat üçün məlumatlar BMT agentlikləri, Dünya Bankı, Gallup qlobal sorğuları və digər mənbələrdən toplanıb. Bu arada insan haqları təşkilatları mütəmadi olaraq Türkmənistanda qadınlara təzyiqlər və onların hüquqlarının pozulması barədə məlumat verir.

Xüsusilə, bu ölkədə qadın və qızların “bədən muxtariyyətindən” məhrum edildiyi, cinsi zorakılığa, bakirəlik testlərinə, məcburi nikahlara məruz qaldığı bildirilir. UNICEF və TürkmenStat-ın (MICS) məlumatına görə, 15-49 yaş arası türkmən qadınlarının 59%-i ərin arvadını döymək hüququna malik olduğuna inanır. Ölkədə məişət zorakılığı ilə bağlı qanun yoxdur, bunun qarşısını almaq üçün mexanizmlər və ya milli proqramlar mövcud deyil.

Türkmənistanda büdcə müəssisələrində çalışanlara yuxarıların fikrincə dırnaq və kirpik uzatmaq, saçlarını ağartmaq, qızıl əşyalar taxmaq, dar və ya təxribat xarakterli paltarlar geyinmək qadağandır. Bu ilin yanvarında məlum olub ki, hakimiyyət subay qadınlara sürücülük vəsiqəsinin verilməsini qadağan edib. Eyni zamanda, Türkmənistan rəhbərliyi respublikada gender bərabərliyi ilə bağlı BMT və digər beynəlxalq təşkilatlara mütəmadi olaraq hesabat verir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*