Türkmənistanda 14-18 yaş aralığındakı qızlar bakirəlik testindən keçməli olacaqbackend

Türkmənistanda 14-18 yaş aralığındakı qızlar bakirəlik testindən keçməli olacaq

Türkmənistanda liseyə qəbul olmaq istəyən 14-18 yaş aralığındakı qızlar bakirəlik testindən keçməli olacaq.

KONKRET.az xəbər verir ki, bu qərar valideynlər tərəfindən ciddi etirazla qarşılanıb. Məktəbdə dövlət tərəfindən təsdiqlənmiş həkimlər tərəfindən aparılan bu məcburi yoxlamalar cəmiyyətdə böyük əks-səda doğurub.

Yerli KİV-in məlumatına görə, qız şagirdlərin bu testdən keçə bilmədiyi aşkar edilərsə, bu barədə polisə və təhlükəsizlik bölmələrinə məlumat verilir. Həmin şagirdin sonradan mənəvi dəyərlərlə bağlı sorğu-sual oluna biləcəyi də bildirilib.

Yerli mediaya anonim danışan pedaqoq deyib ki, 9 və 11-ci siniflərdə oxuyan qızlar məcburi qaydada ginekoloji müayinədən keçirilir: “Müayinə zamanı bakirə çıxmayan qızlar müəyyən edilir və siyahıları yerli polisə və Milli Təhlükəsizlik Nazirliyinə göndərilir”.

Hökumət bu testlərin yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olan yetkinləri izləmək üçün edildiyini deyib.

“Bu, yetkinlik yaşına çatmayanlarla intim münasibətdə olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün edilir”, – deyə rəsmi bildirib.

Qərarın yeniyetmə hamiləliklərinin artmasından sonra verildiyi bildirilib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*