U-21 yığmamız yoldaşlıq oyununda heç-heçə etdibackend

U-21 yığmamız yoldaşlıq oyununda heç-heçə etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

KONKRET.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan Berberdinovun qolu ilə bərabərliyi təmin ediblər.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 1:0 hesabı ilə uduzub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*