UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinatbackend

UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinat

Azərbaycanlı hakim Elçin Məsiyev U-17 Avropa çempionatının final mərhələsinin oyununa təyinat alıb.

KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. FİFA referisi mayın 17-də Şotlandiya – Fransa görüşündə referi olacaq Ona yan xətt hakimləri qismində Elşad Abdullayev və yunanıstanlı hakim Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may – 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*