UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə matçdan sonra Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
KONKRET.az xəbər verir ki, Ermənistan Federasiyası stadionda ictimai keçidləri bağlamaqda, oyun zamanı siyasi və təxribat xarakterli mesajlar verməkdə ittiham olunur.
Xatırladaq ki, oyun zamanı Ermənistanın Azərbaycan ərazisində yaratdığı separatçı rejimin “bayrağı”nın vurulduğu meydança üzərində kvadrokopter qaldırılıb.