Sabah bütün Ukraynada elektrik enerjisinin verilməsinə məhdudiyyətlər tətbiq olunacaq
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müavini Timoşenko bildirib.
Məlumata görə, saat 7:00-dan 23:00-a kimi ölkə ərazisində elektrik enerjisindən istifadə minimuma endirilməlidir.
O, bildirib ki, qərar ölkənin bütün bölgələrinin sakinlərinə aiddir.
Qərarın hansı səbəbədən verildiyi açıqlanmayıb.

