Ukrayna 42 ədəd F-16 alacaqbackend

Ukrayna 42 ədəd F-16 alacaq

Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd F-16 qırıcısı alacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib.

“Mark Rutte və mən Ukraynaya veriləcək F-16-ların sayı barədə razılığa gəldik. Pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 ədəd təyyarə veriləcək. Bu, hələ başlanğıcdır”, – Zelenski bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Niderlanda səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*