Ukrayna “AliExpress”in sahibini müharibə sponsorları siyahısına əlavə edib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi məlumat yayıb.
Səbəb kimi “AliExpress”in Rusiyada fəaliyyətini davam etdirməsi, eləcə də DPR-də Debaltsevo Metallurgiya Maşınqayırma Zavodunun mallarının satışı üçün platforma təqdim etməsidir. Onlayn mağazanı Rusiyanın törəmə şirkəti Alibaba.com idarə edir.
Şirkət həmçinin Novorossiysk limanı vasitəsilə Ukraynadakı müharibə zonasındakı müəssisələrdən ixrac edilən misdən hazırlanmış malları “Alibaba” platformasında satmaqda ittiham olunur.
Burhan,
KONKRET.az
