Ukrayna Belqoroda kütləvi hücuma keçdibackend

Ukrayna Belqoroda kütləvi hücuma keçdi

Ukrayna Silahlı Qüvvələri bir gündə 30-dan çox pilotsuz uçuş aparatı vasitəsilə Belqorod vilayətinə hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Belqorod ərazisinə PUA-lardan 50-yə yaxın mərmi atılıb.

Bəzi ərazilərdə avtomobillər, fərdi yaşayış evləri, elektrik naqilləri zədələnib.

Hücum edən PUA-ların yalnız bir neçəsi vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*