“Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə münaqişənin həll olunması üçün bəzi əraziləri qarşı tərəfə güzəştə gedəcəyini istisna etmirik”.
KONKRET.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Ağ Ev rəsmisi qeyd edib ki, yekun qərarı Zelenski verməlidir:
“Əgər bu addımı atıb razılıq əldə olunacaqsa, bu, Zelenskinin verə biləcəyi qərardır. Lakin Co Bayden Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmət edilməsinin tərədarıdır”.
Məlik,
KONKRET.az