Ukrayna Krımı geri almaq üçün ABŞ-dan bu silahları İSTƏYİRbackend

Ukrayna Krımı geri almaq üçün ABŞ-dan bu silahları İSTƏYİR

Ukrayna ABŞ-dan “F-16” qırıcıları üçün “JASSM” qanadlı raketləri almağa çalışır. Ukrayna hökumətinin fikrincə, bu silahlar Krımı geri almaq üçün Kiyevə kömək edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes”in köşə yazarı Devid Eks bildirib.

Onun sözlərinə görə, “F-16″lara hələ ki, “Storm Shadow” və ya “SCALP” raketləri birləşdirmək mümkün deyil. Ancaq “JASSM”dan istifadə edilə bilər.

Jurnalist qeyd edib ki, bu, Ukrayna Hərbi Hava Qüvvələrinin gücünü ikiqat artıracaq.

O əlavə edib ki, bu hava-yer raketi Ukrayna üçün son dərəcə arzuolunandır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Niderland ilə 42 “F-16” qırıcısının təhvil verilməsi ilə bağlı razılığa gəlib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*