Rusiya Ukraynanın desant çıxarma əməliyyatına hazırlıq məqsədilə işğal olunmuş Krımda mövqeyini gücləndirir.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk “Kiyev İndependent” qəzetinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Ukrayna desant əməliyyatları aparır və Rusiya tərəfi bunu real təhlükə hesab edir.
Pletençuk həmçinin sözügedən əməliyyatların daha böyük hərbi əməliyyatın tərkib hissəsi olduğunu vurğulayıb:
“Lazım gələrsə, Ukrayna Krımı azad etmək üçün istənilən əməliyyatı həyata keçirəcək”.
