Ukrayna Təhlükəsizlik Xidməti (UTX) qələbədən sonra Krım körpüsünün dağıdılması ilə bağlı məlumat dərc edəcəklərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, UTX-nin sözçüsü Artem Dextyarenko deyib:
“Hələlik biz Putin rejiminin simvollarından birinin növbəti dəfə hərbi hücuma necə tab gətirə bilmədiyini maraqla izləyirik”.
O, Xidmətin rəhbəri Vasili Malyukun əvvəlki sözlərini xatırladıb ki, beynəlxalq hüquq normaları, əməliyyat vəziyyətinin təhlili və döyüş ənənələri Rusiya Federasiyasının logistika marşrutlarını kəsməyə imkan verir”.
Qeyd edək ki, Krım körpüsü Rusiya ordusu üçün hərbi təchizatı təmin edən əsas nəqliyyat dəhlizlərindən biridir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
