Ukrayna və Fələstin üçün fərqli standartlar yolverilməzdir – Fidanbackend

Ukrayna və Fələstin üçün fərqli standartlar yolverilməzdir - Fidan

Qəzza zolağındakı vəziyyətlə bağlı ikili standartlar siyasətinin tətbiqi yolverilməzdir. 

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Ukrayna və Fələstin üçün ayrı-ayrı standartlar ola bilməz. Əgər ədalətli dünya istəyiriksə, hər zaman prinsipial və ardıcıl hərəkət etməliyik”, – Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ankara Qəzza zolağında baş verənlərin region ölkələrinə təsir edəcək müharibəyə çevrilməsini istəmir. “Biz bütün oyunçuları davamlı sülh üçün səy göstərməyə çağırırıq”, – Fidan qeyd edib.

Türkiyəli nazir Aİ ölkələrini Qəzza zolağında atəşkəsi təşviq etmək istəmədiklərinə görə tənqid edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*